Fənərbağça ulduz hücumçu ilə razılığa gəldi

06.08.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Fənərbaxça” yeni mövsümdən əvvəl hücumçu transferi üçün səylərini davam etdirir.

“Cebheinfo.az” xəbər verir ki, komandanın gündəmindəki adlardan biri olan Vangelis Pavlidisin transferində əhəmiyyətli bir yenilik baş verib.

Məlumata görə, “Fənərbaxça” 27 yaşlı yunan hücumçu Vangelis Pavlidislə prinsipial razılığa gəlib.

Oyunçunun komandanın formasını geyinmək istədiyi və transferin yekunlaşdırılması üçün klublar arasında danışıqların davam etdiyi bildirilir.

“Fənərbaxça” rəhbərliyinin hücum xəttini gücləndirmək üçün Pavlidisin transferini qısa müddətdə yekunlaşdırmağı hədəflədiyi öyrənilib.

Klublar arasında maliyyə şərtləri ilə bağlı razılıq əldə olunarsa, yunan hücumçunun “Fənərbaxça” ilə müqavilə imzalaması gözlənilir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью