“Fənərbağça” ulduz hücumçunu transfer edir

14.10.2025

Icma.az, Tribuna saytına istinadən bildirir.

“Fənərbağça” qış transfer dönəmində ulduz hücumçu Karim Benzemanı heyətinə qatmaq üçün ciddi səylər göstərəcək.

Tribunainfo.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi fransalı futbolçunun transferini reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edib. Klub rəhbərliyi Benzemanın təcrübəsini və liderlik keyfiyyətlərinin komandanın çempionluq yolunda vacib amil olacağını hesab edir.

Qeyd edək ki, 36 yaşlı forvard hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edir.

Nihat Kərimli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью