Fənərbağça ulduzunu 1 aylıq İTİRDİ FOTO

07.03.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Çağlar Söyüncü zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq.

Milli.Az "Fanatik"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.

O, UEFA Avropa Liqasının 1/8 finalında "Reyncers"ə (Şotlandiya) qarşı ilk oyunda sıradan çıxıb.

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma "Fənərbağça"nın 1:3 hesablı məğlubiyyəti ilə bitib. /"Report"

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью