Fənərbağça Viktor Osimheni istədi

12.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Fənərbağça" klubunun rəsmiləri Viktor Osimheni transfer etmək üçün "Napoli"yə təklif göndəriblər.

Redaktor.az xəbər verir ki, İtaliya klubunun rəsmiləri Viktor Osimhen üçün 74 milyon avro tələb ediblər.

Həmin məbləğin 25 milyon avrosunun isə nağd olaraq ödənməsini istəyiblər.

Belə ki, "Napoli" klubunun rəsmiləri həmin məbləği ödəməyi qəbul edən komanda ilə danışıqlar masasına əyləşəcəklərini bildiriblər.

Qeyd edək ki, Viktor Osimhen isə "Qalatasaray" klubunda xoşbəxt olduğu üçün "sarı-qırmızılar"la qalmaq istədiyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью