“Fənərbağça” yapon hücumçu ilə maraqlanır

06.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Fənərbağça” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Seltik”dən Dayzen Maeda ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbağça” yapon cinah hücumçusu üçün danışıqlara başlayıb.

Şotlandiyada ilin futbolçusu seçilan Maeda başa çatan mövsümdə 33 qol vurub. “Seltik” oyunçu üçün 25 milyon funt-sterlinq tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью