“Fənərbağça” “Zirə”nin futbolçusu ilə maraqlanır

05.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Zirə”nin futbolçusu Salifu Sumanın “elçiləri” artmaqdadır.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı vingeri transfer etmək istəyən klubların sırasına “Fənərbağça” da qoşulub. Bu barədə “imedias.net” saytı məlumat yayıb.

Xəbərdə İstanbul klubunun mövsümün sonunda Suma üçün “Zirə”yə rəsmi müraciət edəcəyi bildirilib.

Vingerin adı daha öncə Bolqarıstanın ÇSKA, Ukraynanın “Dinamo” klubları ilə hallanıb. “Zirə” oyunçusu üçün 800 min avro tələb edir.

Salifu Suma bu mövsüm Premyer Liqada 22 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью