“Fənərbağça”da Ali Koç dövrü bitdi − Yeni prezident seçildi

21.09.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bu gün Türkiyə Superliqasının nəhənglərindən “Fənərbağça”da prezident seçkiləri keçirilib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin tanınmış iş adamlarından Sadettin Saran 2018-ci ildən etibarən kluba rəhbərlik edən Ali Koçu seçkilərdə məğlub edib və “Fənərbağça”nın növbəti prezidenti olub.
Qeyd edək ki, A. Koçun prezidentlik dövrü azarkeşlərin əksəriyyəti tərəfindən uğursuz kimi qiymətləndirilir. Belə ki, onun 7 illik prezidentliyi dövründə idman klubunun futbol komandası Superliqada çempion ola bilməyib. “Sarı-lacivərtlilər” bu dövrdə bir dəfə Türkiyə kubokunu qazanıb ki, bu, Ali Koçun rəhbərliyi zamanı futbol komandasının əldə etdiyi yeganə uğur hesab olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью