“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

28.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmail Kartalla yollarını ayıran “Fənərbağça”da baş məşqçi postuna namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Aykut Kocaman, Vinçenso Montella və Abdullah Avcı “sükana” əsas iddiaçıdırlar.

Aykut Kocamanın son iş yeri “Fənərbağça” olub. O, 2018-ci ildə klubdan ayrılıb.

Montella bir müddət əvvəl Türkiyə yığmasındakı işini tərk edib. Avcı isə son olaraq “Trabzonspor”u çalışdırıb. O, 2024-cü ildən işsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью