Fənərbağçada ciddi itki

05.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbağça" ciddi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, İstanbu klubunun futbolçusu İrfan Can Kahveci zədələnib. Türkiyə Superliqasının 11-ci turunda "Trabzonspor"la matçdan sonra onun əzələsində yırtıq aşkarlanıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, 29 yaşlı yarımmüdafiəçi ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, İrfan Can Avropa Liqasında "AZ Alkmaar"la görüşü (7 noyabr), Superliqada isə "Sivasspor" (10 noyabr) və "Kayserispor"la ( 23 noyabr) matçları buraxacaq.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm İstanbul təmsilçisinin heyətində 15 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью