“Fənərbağça”da son qərar verildi

11.09.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fənərbağça” klubu baş məşqçisi İsmail Kartal ilə əməkdaşlığa son qoyub.

Futbolpress.az xəbər verir ki, bu barədə məlumatı insayder Yağız Sabuncuoğlu yayıb.

İstanbul təmsilçisinin UEFA Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı bərabərliklə yekunlaşan matçından sonra mətbuat konfransında çıxış edən çalışdırıcı gözlənilmədən postundan ayrıldığını bəyan edib.

Təcrübəli mütəxəssisin bu qərarı oyunda tribunadan ona tərəf su şüşəsinin atılması insidenti ilə əlaqələndirilir.

Hadisədən sonra klub prezidenti Aziz Yıldırım istefanı qəbul etməyəcəyini, rəhbərliyin bu barədə əvvəlcədən xəbərdar olmadığını və Kartalın işinə davam edəcəyini bildirmişdi. Lakin mütəxəssisin rəhbərliklə əlaqəni kəsməsi və komandanın məşqinə qatılmamasından sonra klubun idarə heyəti baş məşqçi ilə yolları ayırmaq barədə yekun qərarını verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью