Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Fənərbağça"da transfer pəncərəsinin son günündə heyətlə bağlı mühüm qərarlar qəbul edilib. Klub rəhbərliyi Diego Carlos, Rodrigo Becão və Çağlar Söyüncü ilə yolların ayrılacağını açıqlayıb, Anderson Taliscanın ayrılığının da həmin gün nəticələnməsi gözlənilir. Klubun bu addımlarla heyət planlamasını tamamlayacağı bildirilir.
Bir neçə əsas futbolçunun eyni vaxtda komandadan ayrılması “Fənərbağça"nın mövsümün qalan hissəsində heyət balansına və komandanın oyununa necə təsir göstərəcəyi ilə bağlı suallar yaradır. Bəs "Fənərbağça"nın bu qədər futbolçu ilə yollarını ayırması komandanın yenidən qurulması baxımından düzgün addımdır, yoxsa mövsümün gedişində heyət balansına mənfi təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında futbol şərhçisi Mehman Süleymanov bildirib ki, "Fənərbağça" üçün bu mövsüm çox vacibdir.
Onun sözlərinə görə, komanda uzun illik fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.:
"Bildiyiniz kimi, əvvəllər qrup mərhələsi adlandırılırdı, indi isə Liqa mərhələsidir. Və təbii ki, "Fənərbağça" Türkiyənin aparıcı klublarından, həm də yaxşı maliyyə imkanlarına malik klublarından biri olaraq transfer bazarında adətən çox fəal olur. Biz bunu yay transfer dönəmində də gördük. Amma əgər iki cəbhədə mübarizə aparırsansa, məlumdur ki, Türkiyə Super Liqasında da çempion olmaq çox vacibdir. "Fənərbağça" son illər burada da mövqeyini əldən verib, yəni bir qayda olaraq "Qalatasaray"a uduzur və xeyli vaxtdır artıq çempion ola bilmir. Ona görə də əgər iki hədəfə çatmaq istəyirsənsə, yəni nəhayət həm Super Liqanın qalibi olmaq, həm də Çempionlar Liqasının Liqa mərhələsində uğurlu çıxış etmək istəyirsənsə, təbii ki, güclü və eyni zamanda geniş heyətə malik olmaq lazımdır".
Mehman Süleymanov əlavə edib ki, indiki məqamda ehtiyat oyunçular skamyasında yetərincə qüvvə var.
"Amma elə futbolçular da var ki, məsələn, onlar artıq əsas heyət üzvləri deyillər, məşqçilər korpusunun fikrincə, komandaya kömək etmək gücündə olmurlar. Onda onlarla yolların ayrılması labüddür. Həmin futbolçular da hər halda başqa klublarda oynamaq, ən əsası, oyun praktikası qazanmaq istəyəcəklər. Konkret olaraq Çağlar Söyüncü barədə danışsaq, Türkiyə milli komandasının üzvüdür, amma artıq "Fənərbağça"da əsas heyət üzvü sayılmır. Rodrigo Becão haqqında da demək olmaz ki, komandanın artıq aparıcı futbolçusudur. Anderson Taliskanın gedişini “Fənərbağça” üçün itki hesab edirəm.
Çünki bu futbolçunun yaşı az olmasa da, təcrübəli futbolçudur, hücumameyilli yarımmüdafiəçidir və komandanın Liqa mərhələsinə gedən yoluna nəzər salsaq, əsas heyət üzvlərindən biri idi. Komandanın uğurlu çıxışında da pay sahibi olan futbolçulardan biri kimi özünü göstərmişdi. Məncə, indiki məqamda Taliskanın gedişi “Fənərbağça” üçün qarşıdakı hədəflərə çatmaq mənasında, yəni həm Super Liqada, həm də Çempionlar Liqasında uğurlu çıxış baxımından mənfi təsir göstərə bilər", – deyə Mehman Süleymanov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bir neçə əsas futbolçunun eyni vaxtda komandadan ayrılması “Fənərbağça"nın mövsümün qalan hissəsində heyət balansına və komandanın oyununa necə təsir göstərəcəyi ilə bağlı suallar yaradır. Bəs "Fənərbağça"nın bu qədər futbolçu ilə yollarını ayırması komandanın yenidən qurulması baxımından düzgün addımdır, yoxsa mövsümün gedişində heyət balansına mənfi təsir göstərə bilər?