“Fənərbağça”dan ayrılan Dirk Kuyt Belçikaya qayıdır

27.11.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin “Fənərbağça” klubundan ayrılan Dirk Kuyt məşqçilik karyerasını Belçikada davam etdirməyə hazırlaşır.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, 46 yaşlı niderlandlı mütəxəssis Belçikanın “Leuven” klubu ilə müqavilə şərtləri üzrə böyük ölçüdə razılığa gəlib.

Kuytın yaxın günlərdə rəsmi müqavilə imzalayacağı və noyabrın 30-da komandanın ilk məşqinə rəhbərlik edəcəyi gözlənilir.

“Leuven” Belçika çempionatında 12 turdan sonra 12 xalla 13-cü pillədə qərarlaşıb. Komanda elit divizionu tərk etmək təhlükəsi ilə üzləşən klubları beş xal qabaqlayır.

Kuyt daha əvvəl Belçikada “Beersxot” klubunu çalışdırıb. O, 2023/2024 mövsümündə komandanı yüksək liqaya çıxarsa da, növbəti mövsümdə klub yenidən aşağı diviziona düşüb. Mütəxəssis 2025-ci ilin iyununda vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Kuyt cari mövsümün əvvəlində “Fənərbağça”da İsmayıl Kartalın köməkçisi kimi fəaliyyətə başlayıb. Kartalın gedişindən sonra müvəqqəti baş məşqçi vəzifəsini icra edən niderlandlı mütəxəssisin rəhbərliyi altında İstanbul klubu Türkiyə Super Liqasında “Göztəpə”yə 1:2 hesabı ilə uduzub, Çempionlar Liqasında isə “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью