“Fənərbağça”dan ayrılan futbolçu özünə klub tapdı

20.05.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Fənərbağça”dan ayrılan Rayan Kent özünə klub tapıb.

Futbolpress.az xəbər verir ki, ingilis cinah oyunçusu “Settl Saunders” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna kimi imzalanıb.

Kent 2023-cü ilin iyulundan 2024-cü ilin oktyabrına kimi “Fənərbağça”da forma geyinib. Daha əvvəl “Liverpul”, “Reyncers” kimi komandalarda çıxış edən 28 yaşlı futbolçu “Fənərbağça”dan ayrıldıqdan sonra klubsuz idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью