“Fənərbağça”dan ayrılan İsmayıl Kartal qəza törətdi

28.10.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün “Fənərbağça” ilə yolları ayrılan baş məşqçi İsmayıl Kartal avtomobil qəzasına düşüb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə klub prezidenti Əziz Yıldırımla görüşdən sonra baş verib.

İ.Kartal Samandradan evinə qayıdarkən avtomobili qarşıdan gələn maşınla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью