“Fənərbağça”dan baş məşqçi açıqlaması

11.06.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fənərbağça” baş məşqçi iddialarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi yeni baş məşqçi və texniki heyət üzvləri ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Klubdan verilən açıqlamada son günlər müxtəlif media orqanları və sosial şəbəkələrdə “Fənərbağça”nın baş məşqçi və ya texniki heyət üzvləri ilə razılıq əldə etdiyinə dair çoxsaylı iddiaların yayıldığı bildirilib.

“Sözügedən xəbərlər həqiqəti əks etdirmir. İdarə heyətimiz hazırda heç bir baş məşqçi ilə anlaşma əldə etməyib”, - deyə açıqlamada qeyd olunub.

“Fənərbağça” mətbuat nümayəndələrini dezinformasiyadan uzaq durmağa və ictimaiyyəti yanlış məlumatlandırmamağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью