Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Fənərbağça”nın futbolçusu Entoni Musaba karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, Çempionşip təmsilçi “Norviç” niderlandlı vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İngiltərə təmsilçisi 23 yaşlı futbolçu üçün danışıqlara başlayıb.
Musaba ötən ildən “Fənərbağça”da çıxış edir. O, 24 oyunda 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.