“Fənərbağça”dan Mane həmləsi

29.05.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Əl Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, seneqallı cinah oyunçusu “Fənərbağça”nın diqqət mərkəzindədir. Bu barədə “Sabah” nəşri məlumat yayıb. İstanbul klubu 33 yaşlı futbolçu ilə danışıqlara başlayacaq.

Mane özü də Avropaya qayıtmaq niyyətindədir.

Seneqal millisinin də üzvü olan vinger başa çatan mövsümdə 47 oyunda 18 qol vurub, 14 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью