Fənərbağçadan Mourinyo ilə bağlı AÇIQLAMA

24.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbağça" portuqaliyalı baş məşqçisi Joze Mourinyonun öd kisəsindən əməliyyat olunduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə komandanın sosial media hesabından paylaşım edilib.

"Keçmiş olsun, Joze Mourinyo. Məşqçimiz Joze Mourinyo bu gün öz ölkəsi Portuqaliyada öd kisəsindən uğurlu əməliyyat keçirib. Vəziyyəti yaxşı olan məşqçimizin tezliklə sağalmasını arzu edirik", - paylaşımda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью