“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

02.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

"Turan Tovuz"la yoldaşlıq oyunu üçün Bakıya gələn Türkiyənin "Fənərbağça" komandası Azərbaycanla bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyənin bayraqları paylaşılıb.

Paylaşımda, həmçinin "Salam, qardaş, Can Azərbaycan!" sözləri yazılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью