“Fənərbağça”dan Taliska barədə narahatedici açıqlama

21.12.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin “Fənərbağça” klubu dünən “Eyüpspor"la keçirilən oyunda zədələnən Anderson Taliskanın sağlamlıq durumu barədə rəsmi məlumat yayıb.

İdman.Biz xəbər verir ki, futbolçu bu gün MRT müayinəsindən keçib. Müayinənin nəticələrinə əsasən, Taliskanın sağ ayağının alt əzələsində gərginlik və qanama aşkar edilib.

Klubun açıqlamasında bildirilib ki, braziliyalı futbolçunun müalicəsinə artıq başlanılıb. Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı barədə hələlik əlavə məlumat açıqlanmayıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью