Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. Türkiyənin “Fənərbağça” klubunun hücumameyilli yarımmüdafiəçisi Anderson Taliska mövsü
Komandanın “Alanyaspor”u məğlub etdiyi oyunda iki qol vuran braziliyalı futbolçu komandanın əsas yükünü çiyinlərinə götürən adlardan biri ol
İdman.Biz “Sabah” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda başa çatacaq müqaviləni uzatmaq qərarına gəlib.
Razılaşmaya əsasən, Taliska “Fənərbağça” ilə iki illik yeni müqavilə imzalayacaq və futbolçunun illik qazancı 5 milyon avro (təxminən 9,9 milyon AZN) təşkil edəcək.
Beləliklə, ümumi məvacib 10 milyon avro (təxminən 19,8 milyon AZN) olacaq.
Bildirilib ki, ötən mövsümün qış fasiləsində İstanbul klubuna 1,5 illik müqavilə ilə qoşulan Taliska¬nın hazırkı sözləşməsi 2026-cı ilin iyununda başa çatırdı.
Son dövrlərdə qolları və assistləri ilə komandanı daşıyan futbolçunun qalması məsələsi əsas müzakirə mövzusu idi.
Baş məşqçi Tedesko “Alanya” oyunu sonrası mövqeyini açıq ifadə edib: “Bu mövzuda mənim üçün hər şey aydındır, o qalmalıdır.