“Fənərbağça”nın Avroliqa oyunu yoluxucu xəstəlik səbəbindən təxirə salınıb AZƏRTAC

19.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Türkiyənin “Fənərbağça” basketbol klubunun bu gün Fransada “Paris” komandası ilə keçirməli olduğu Avroliqa matçı təxirə salınıb.

AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna meydan sahibi komandada yoluxucu xəstəliyin yayılması səbəb olub.

Fransa təmsilçisinin heyətində meydana çıxa biləcək oyunçuların sayının 8 nəfərdən az olduğu bildirilib.

Qarşılaşmanın yeni vaxtı yaxın günlərdə açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью