Fənərbağçanın Çempionlar Liqasında pley off rəqibi bəlli oldu

03.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyə təmsilçilərindən "Fənərbağça"nın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın "Şturm Qrats" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda "Lion" - "Sparta Praqa" cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, İsmail Kartalın yetirmələri ÇL-in II təsnifat mərhələsində Polşa təmsilçisi "Qornik Zabrze" ilə gərgin mübarizədən iki oyunun yekununa görə qalib ayrılaraq adını inamla növbəti mərhələyə yazdırmışdı.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью