“Fənərbağça”nın dünya ulduzu keçmiş klubuna qayıdır

17.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Fənərbağça"nın braziliyalı yarımmüdafiəçisi Fred karyerasını yenidən doğma ölkəsində davam etdirməyə yaxındır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə Braziliyanın "İnternasional" klubu ciddi şəkildə maraqlanır.

Məlumata görə, təcrübəli oyunçunun qış transfer pəncərəsində sabiq komandasına qayıtması gündəmdədir və "İnternasional" bu keçidi məhz yaxın aylarda reallaşdırmaq istəyir.

Fred daha əvvəl "İnternasional", "Şaxtyor Donetsk" və "Mançester Yunayted" kimi klubların heyətində çıxış edib. O, 2023-cü ildə "Fənərbağça"ya transfer olunub.

Hazırda futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədədir.

Hüseyn
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью