“Fənərbağça”nın futbolçusu Braziliyaya qayıdır?

17.10.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Fənərbağça”nın təcrübəli yarımmüdafiəçisi Fred karyerasını Braziliyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “İnternasyonal” klubu maraqlıdır.
Xəbərdə bildirilir ki, Fred qış transfer pəncərəsində sabiq komandasına qayıtmağı planlaşdırır və Braziliya klubu keçidi məhz bu qış həll etməyə çalışacaq.
Qeyd edək ki, braziliyalı futbolçu “Fənərbağça”dan başqa “İnternasyonal”, “Şaxtyor” və “Mançester Yunayted” kimi komandalarda çıxış edib.
Xatırladaq ki, 2023-cü ildən İstanbul təmsilçisində forma geyinən oyunçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədədir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью