“Fənərbağça”nın futbolçusu seçimini etdi

17.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fənərbağça”nın və Türkiyə millisinin futbolçusu Fərdi Kadıoğlu karyerası ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Mançester Yunayted” və “Brayton”dan təklif alıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Fərdi “qırmızı şeytanlar”a keçməyə müsbət yanaşır.

İngiltərə klubu yaxın zamanda “Fənərbağça” ilə danışıqlara başlayacaq.

Fərdi 2018-ci ildən “Fənərbağça”da çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью