“Fənərbağça”nın futbolçusu Türkiyə millisindən uzaqlaşdırıldı

12.11.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, "Fənərbaxça"nın müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi Super Liqanın 12-ci turunun "Sivasspor"la matçında (4:0) zədələnib. Çağlar zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə seçməsi UEFA Millətlər Liqası çərçivəsində Uels və Monteneqro milliləri ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью