Fənərbağçanın futbolçusunun əli sınıb

13.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaşın əli sınıb.

"Report" "beIN SPORTS"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin əli məşq zamanı qırılıb.

Hadisədən sonra oyunçu məşqi xüsusi sarğı ilə davam etdirib.

Qeyd edək ki, Mert Hakan Yandaş cari mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 15 matçda 3 qolun ötürməsini verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью