“Fənərbağça“nın keçmiş qapıçısı vəfat etdi

29.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

1954-1962-ci illərdə "Fənərbağça"nın formasını geyinən qapıçı Ali Şükrü Ersoy 95 yaşında dünyasını dəyişib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, Ersoy Türkiyə millisinin heyətində də 8 oyun keçirib.

"Fənərbağça" klubunun yaydığı açıqlamada bildirilib ki, uzun illər komandanın qapısını qoruyan Ersoy futbolçu karyerasından sonra da klubda baş məşqçi və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

Klub Ali Şükrü Ersoyu "Türkiyə futbolunun unudulmaz qapıçılarından biri" kimi xatırladığını bildirib və onun ailəsinə, yaxınlarına və bütün "Fenerbahçe" ictimaiyyətinə başsağlığı verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью