“Fənərbağça”nın prezidenti Ali Koç Qarabağ klubunun rəsmiləri ilə görüşüb

18.06.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

"Qarabağ" klubunun baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.

Sonda Ali Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью