“Fənərbağça”nın qapıçısı Xorvatiya klubuna keçib

30.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandasının xorvatiyalı qapıçısı Dominik Livakoviç mövsümün ikinci hissəsini ölkəsində keçirəcək.

AZƏRTAC İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, Xorvatiya millisinin üzvü icarə əsasında Zaqreb “Dinamo”suna transfer olunub.

Təcrübəli futbolçu ötən yay İspaniyanın “Jirona” klubuna icarəyə verilmişdi.

Qeyd edək ki, Dominik Livakoviç 2023-cü ilin avqust ayından “Fənərbağça”da çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью