“Fənərbağça”nın sabiq futbolçusu İran klubuna keçib

31.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 yanvar, AZƏRTAC

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Sərdar Dursunun yeni komandası bəlli olub.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu İran təmsilçisi “Persepolis”ə keçib. Onunla 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

S. Dursun son olaraq “Alanyaspor” klubunda çıxış edib.

Qeyd edək ki, “Persepolis”i türkiyəli tanınmış mütəxəssis İsmayıl Kartal çalışdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью