“Fənərbağça”nın sabiq futbolçusu xəstəxanalıq oldu

06.04.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fənərbağça”nın sabiq futbolçusu Luis Qustavo xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçunun hazırda çıxış etdiyi “Sao Paulo” klubunun mətbuat xidməti məlumat yayıb.

Sinəsində ağrılar hiss edən Qustavoya ağciyər tromboemboliyası diaqnozu qoyulub. Yarımmüdafiəçi müalicə məqsədilə bir müddət xəstəxanada qalacaq.

Qustavo 2019-2022-ci illərdə “Fənərbağça”da çıxış edib. 37 yaşlı futbolçu 2024-cü ildən “San Paulo”da çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью