Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Ayaks”ın və Serbiya millisinin keçmiş hücumçusu Duşan Tadiç Niderland çempionatına qayıdıb.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı təcrübəli futbolçu “Neymegen” klubuna keçib. Tərəflər 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar. Serbiya təmsilçisi bu transferi azad agent statusunda reallaşdırıb.
Duşan Tadiç karyerası ərzində “Tvente”, “Sauthempton”, “Ayaks”, “Fənərbağça” və “Əl-Vehda” kimi klubların şərəfini qoruyub. O, Serbiya millisinin heyətində keçirdiyi 111 oyunda 23 qola imza atıb.