Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Fənərbağça"nın ulduzu 5 klubun diqqət mərkəzinə düşüb.Bakıvaxtı.az Offsideplus.az-a istinadən bildirir ki, Brayt Osayi-Samueli İngiltərədən "Aston Villa", "Everton", "Kristal Pelas", Fransadan isə "Lens" və "Olimpik" (Marsel) heyətinə cəlb etmək istəyir.
Bu barədə "Foot Africa" məlumat yayıb.Oyunçunun "sarı-lacivərtlilər" ilə müqaviləsinin mövsümün sonu başa çatacağına baxmayaraq hələ ki, klub rəhbərliyi tərəfindən kontraktın uzadılmasına dair addım atılmayıb.Qeyd edək ki, İstanbul nəhəngi 2020/21 mövsümünün qış "transfer pəncərəsi"ndə QPR-dan transfer etdiyi Osayi Samuel üçün cəmi 508 min avro ödəmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.