“Fənərbağça”nın vidalaşdığı forvard İtaliyaya yollanır

03.06.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Edin Dzeko karyerasını A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Sira məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, 39 yaşlı bosniyalı forvard ilə İtaliyanın iki klubu maraqlanır.

Qeyd edək ki, cari mövsümün sonunda Dzeko iki il formasını geyindiyi "Fənərbağça"dan ayrılıb. O, 2024/25 "futbol ili"ndə bütün turnirlər nəzərə alınmaqla 53 oyunda meydana çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью