“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşir Razılıq əldə olundu

02.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Türkiyənin “Fənərbağça” klubu “Milan”ın sabiq baş məşqçisi Serjiu Konseysau ilə anlaşmağa yaxındır.

İdman.Biz “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə razılığa gəlib. Konseysaunun yaxın vaxtlarda müqavilənin rəsmiləşdirilməsi üçün İstanbula gələcəyi gözlənilir.

Portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrıldıqdan sonra işsizdir.

Daha əvvəl Konseysaunun “Yuventus”da Luçano Spallettini əvəzləməyə namizədlərdən biri olduğu bildirilirdi.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью