Fənərbağçaya gözlənilməz dönüş: Cengiz Ünder GERİ QAYIDIR

03.06.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fənərbağçaya böyük ümidlərlə transfer olunan, lakin gözlənilən performansı göstərə bilməyən Cengiz Ünder,  getdiyi Los Angeles FC-də də istənilən səviyyədə çıxış edə bilmədi. Ünderin Fənərbağçaya geri dönəcəyi məlum olub.

Redaktor.az AHaber-ə istinadən xəbər verir ki, 28 yaşlı sağ cinah oyunçusu Los Angeles FC-də forma geyindiyi 15 oyunda 2 qol və 3 asistlə kifayətlənib.

Klub onun satınalma hüququndan istifadə etməmək qərarına gəlib. Milli futbolçu ay sonunda Fənərbağçaya geri qayıdacaq.Cengiz Ünderin Fənərbağça ilə hələ 2 illik müqaviləsi var.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью