futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Lion”un baş məşqçisi Paulo Fonseka Çempionlar Liqasında “Fənərbağça”ya qarşı keçirəcəkləri pley-off oyunu haqqında fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matç üçün fərqli planlarının olduğunu qeyd edib:
“Fənərbağça” çox güclü komandadır. Hər mövqedə fərq yarada biləcək təhlükəli oyunçulara sahibdirlər. Onları təhlil etmişik və biz də bura məğlub olmaq üçün gəlməmişik. “Fənərbağça”ya qarşı fərqli planımız da var”.
Bu gün keçiriləcək “Fənərbağça” – “Lion” oyunu saat 23:00-da start götürəcək.