“Fənərbağça”ya üzücü xəbər

30.09.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Fənərbağça”nın zədəli hücumçusu Jon Duran qarşıdakı oyunda da forma geyinə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı forvardın bu həftə keçiriləcək Avropa Liqası ikinci turunda “Nitsa” görüşünə yetişəcəyi gözlənilsə də, onun heyətdə olmayacağı bildirilib.

21 yaşlı  oyunçunun milli fasilədən sonra tam hazır olacağı gözlənilir.

O, “Fənərbağça” forması ilə indiyədək 6 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью