Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Fenerbahçe" Sivasspor, Kayseri Erciyesspor və Kasımpaşanın sabiq baş məşqçisi, almaniyalı mütəxəssis Verner Lorant 76 yaşında dünyasını dəyişib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Lorant 1,5 il ağır xəstəliklə mübarizə apardıqdan sonra Almaniyanın Vasserburq şəhərindəki xəstəxanada vəfat edib.
2002-ci ildə "Fenerbahçe"yə rəhbərlik edən təcrübəli çalışdırıcı İstanbul təmsilçisinin başında 39 oyuna çıxmış və orta hesabla hər matçda 1,97 xal qazanmışdı.
Alman mütəxəssis eyni zamanda klubun tarixində xüsusi yer tutan 6:0 hesablı "Qalatasaray" qələbəsində komandanın sükanı arxasında olmuşdu.
Verner Lorant Türkiyədə yalnız Fenerbahçədə deyil, həmçinin Sivasspor, Kayseri Erciyesspor və Kasımpaşa kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərmişdi.