Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fənərbaxça" əsas qapıçı Dominik Livakoviçi zədə üzündən itirib.
İdman.biz xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Türkiyə Superliqasının 19-cu turunda "Konyaspor"la görüşdə zədələnən qolkiperin təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı bildirilib. Dominikin sağ arxa əzələzində yırtıq müəyyən olunub.
Qeyd edək ki, 30 yaşlı qapıçı bu mövsümdə bütün turnirlərdə 26 oyunda forma geyinib.
İdman.biz