Fənərbaxça 5 dəqiqəyə 2 futbolçusunu itirdi

05.02.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Kubokunun II turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, hazırda “Fənərbaxça” doğma meydanda “Ərzurumspor”u qonaq edir. 

Ev sahibləri 2:0 öndə olduğu matçda 50-55-ci dəqiqələri arasında 4 futbolçusunu əvəzləyib.

Belə ki, bunlardan 2-si normal dəyişiklik olsa da, 2-si məcburi olub. 

Əvvəlcə “sarı-lacivərdlilər”in heyətində Aleksandr Ciku zədələnərək yerini Dieqo Karlosa buraxıb. 5 dəqiqə sonra isə Karlos zədələnib və Yusuf Akçiçeklə əvəzlənib.

Müdafiəçilərin son vəziyyətinə tibbi kontroldan sonra aydınlıq gələcək. 
Qeyd edək ki, “Fənər” 4 gün sonra Super Liqada “Alanyaspor”la üz-üzə gələcək.

Millimizin üzvü oynadı, komandası qələbə qazandı Azər Bağırov: “Azərbaycanda yetərincə istedadlı oyunçu var” Samir Abasov: “İşimiz başımızdan aşır” Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var" “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью