Fənərbaxça Alper Yemenicilərlə yollarını ayırdı

13.10.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Türkiyənin “Fənərbaxça” futbol klubu Futbol Əlaqələri Koordinatoru Alper Yemenicilərlə yollarını ayırıb.

Missiya.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Yemenicilərin klubda fəaliyyəti başa çatıb və ona bu müddət ərzində göstərdiyi xidmətlərə görə təşəkkür edilib:

"Futbol Əlaqələri Koordinatorumuz Alper Yemeniciler ilə yollarımızı ayırdıq. Ona klubumuza verdiyi töhfələrə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq."

Qeyd edək ki, Alper Yemeniciler 2020-ci ilin iyul ayından İstanbul təmsilçisində çalışırdı.

Seyranə Quliyeva
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью