Apasport saytına istinadən Icma.az xəbər verir.
“Fənərbaxça”nın İngiltərənin “Aston Villa” klubu ilə keçirəcəyi oyunun hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Kruzlyak idarə edəcək.
Slovakiyalı hakim indiyədək Türkiyə klublarının iştirakı ilə keçirilən 7 matçda ədaləti qoruyub. Bu görüşlərdə Türkiyə təmsilçiləri 2 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 2 dəfə məğlub olublar.
Onun idarə etdiyi oyunlarda “Fənərbaxça” bir qələbə, bir heç-heçə və bir məğlubiyyətlə üzləşib.
Kruzlyakın söz sahibi olduğu görüşlərdə Türkiyə klublarının nəticələri:
“Mançester Yunayted” – “Qalatasaray” 2:3
“Helsinki” – “Fənərbaxça” 2:5
“Qalatasaray” – “Brügge” 1:1
“Partizan” – “Beşiktaş” 1:1
“Krasnodar” – “Fənərbaxça” 1:0
“Şaxtyor” – “Başakşəhər” 2:0
“Lokomotiv” (Moskva) – “Fənərbaxça” 1:1
Qeyd edək ki, “Aston Villa” – “Fənərbaxça” matçı oktyabrın 14-də İngiltərənin Birminhem şəhərindəki “Villa Park” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Günün oyunları bu kanallarda - TV AFİŞA Ronaldo millidən uzaqlaşdırılıb “Arsenal”da ciddi itki “Yuventus”da yeni müqavilə - RƏSMİ Palmer daha 8 il “Çelsi”də - RƏSMİ