Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28.01.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fənərbaxça" UEFA Avropa Liqası Liqa mərhələsinin 8-ci turu çərçivəsində səfərdə FKSB-nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi əsas mərhələsinin son oyununa ciddi itkilərlə çıxacaq. 8 futbolçu müxtəlif səbəblərdən Rumıniya səfərində komandaya kömək edə bilməyəcək.

Müdafiəçilər Arçi Braun, Levent Mercan, yarımmüdafiəçi Edson Alvares, hücumçu Con Duran zədəlidir. Kapitan Milan Şkrinyar cəzalı durumda olduğu üçün meydana çıxa bilməyəcək. Yeni transferlər Antoni Musaba, Matteo Qenduzi və Mert Günok isə qaydalara əsasən bu matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, FKSB - "Fənərbaxça" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью