“Fənərbaxça” Avropa Liqasında növbəti oyununa çıxacaq

11.12.2024

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün UEFA Avropa Liqasında VI tura start veriləcək.

Teleqraf.com xəbər verir ki, açılış oyunu Türkiyədə keçiriləcək. “Fənərbaxça” İspaniyanın “Atletik” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Beş turdan sonra Bilbao təmsilçisi 13 xalla 2-ci, İstanbul nəhəngi isə 8 xalla 15-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa Liqasında VI turun digər oyunları dekabrın 12-13-də reallaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью