“Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu

14.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Fənərbaxça” yeni mövsümə hazırlıq çərçivəsində Avstriyadakı son yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, İsmail Kartalın baş məşqçisi olduğu komanda LASK-la qarşılaşıb.

Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Fənərbaxça”nın qollarını İrfan Can Kahveci və Kerem Aktürloğlu vurublar.

Qeyd edək ki, “Fənərbaxça” Avstriya toplanışında “Admira Vakker”ə 5:0, “Poqon”a 4:0, LASK-a isə 2:1 hesabı ilə qalib gəlib.

Lamin Yamal: "Bu, sadəcə futboldur" Xorvatiya millisinin üzvü "Brayton"da - RƏSMİ Sommer Belçikaya yollandı: ”Brügge” ilə müqavilə imzaladı DÇ-26: FRANSA - İSPANİYA OYUNU HANSI KANALDA? Uqoçukvu İstanbulda: “Qalatasaray uşaqlıq arzum idi”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью