Fənərbaxça azarkeşlərinə bəd xəbər: Zədəli oyunçuların vəziyyəti

06.02.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Kubokunun II turunda "Fənərbaxça"nın 3 futbolçusu "Ərzurumspor"la matçda sıradan çıxıb. 

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in 3 müdafiəçisi - Dieqo Karlos, Yusuf Akçiçek və Aleksandr Ciku bir-birinin ardınca zədələnib. Klubun mətbuat xidməti futbolçuların son durumunu açıqlayıb. 

Aleksandr Cikunun sol bud əzələsi zədələnib. Qanalı futbolçu 2 həftə forma geyinə bilməyəcək. "Fənərbaxça"nın yeni transferi Dieqo Karlos 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Yumşaq əzələsi zədələnən Yusuf Akçiçek isə 7-10 gün müddətində komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, "Fənərbaxça" - "Ərzurumspor" matçı 5:0 hesabı ilə başa çatıb. 

“Arsenal” kubokla vidalaşdı İtaliya kuboku: “Milan” yarımfinalda Joze Mourinyo: "Səbirli olmaq lazımdır"  "Fənərbaxça" qol oldu, yağdı Sinan Bolat yenidən Türkiyədə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью