“Fənərbaxça” Azərbaycana gəlmək üçün pul alıb

05.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyəli jurnalist Emre Bol “Fənərbaxça”nın “Turan Tovuz”la yoldaşlıq görüşü üçün pul aldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, İstanbul klubunun hazırda buna ehtiyacı olduğunu bildirib:

“Əvvəlcə, onlara əsəbiləşdim. Dedim ki, Azərbaycanda sizin yoldaşlıq matçında nə işiniz var. Türkiyədə komanda yoxdur? Amma öyrəndim ki, bunun üçün pul alıblar. Ona görə də bir şey demirəm. “Fənərbaxça”nın hazırda hər halda pul qazanmağa ehtiyacı var”. 

Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbaxça” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью